Paytaxtda hərəkətdə olan avtomobil park edən digər avtomobilə çırpıldı
Paytaxtda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az-ın məlumatına görə, qəza Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində qeydə alınıb. Belə ki, "Haval" və "Prado" markalı avtomobillərin iştirakı ilə baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri parklanma həyata keçirərkən digər avtomobil ona çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


