28 yaşlı hüquqşünasın vaxtsız vəfatı hər kəsi kədərləndirdi – Vüsal Qasımlıdan AÇIQLAMA- FOTO

28 yaşlı hüquqşünasın vaxtsız vəfatı hər kəsi kədərləndirdi – Vüsal Qasımlıdan AÇIQLAMA-

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızı dünyasını dəyişib. Mərkəzin icraçı direktoru Vüsal Qasımlı onun vəfatı ilə bağlı başsağlığı verib.

Azmedia.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı məlumat yayıb.

Vüsal Qasımlı sosial şəbəkə hesabında paylaşım edərək Nigar Hafizqızının vaxtsız vəfatından dərin kədər hissi keçirdiklərini bildirib.

O, mərhumu vətənpərvər, peşəkar, mədəni və dürüst əməkdaş kimi xarakterizə edib. Həmçinin Nigar Hafizqızının beş dil bildiyini qeyd edib.

Vüsal Qasımlı paylaşımında yazıb:

"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hüquqşünası Nigar Hafizqızının vaxtsız vəfatı bizi dərindən sarsıtdı. Nigar xanım vətənpərvər, peşəkar, mədəni və dürüst bir kadr idi, beş dil bilirdi… Mərhumun ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu ağır itkinin kədərini bölüşür, onlara səbir və dözüm arzulayırıq"

.