Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı - FOTO
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
Azmedia.Az xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını bakupost.az -a təsdiqləyib.
“Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.
Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən bu vəzifədə çalışırdı.
Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Yeni Klinikanın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.


