Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb

Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azmedia.Az-ın yerli bürosunun məlumatına görə, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Əsgərov Yaşar Təvəkkül oğlu idarə etdiyi "Kia Sorento" markalı avtomobillə piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.//report