Xırdalanda 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq həyatını itirib- FOTO
Abşeron rayonunun Xırdalan şəhərində 20 yaşlı gəncin binanın beşinci mərtəbəsindən yıxılması ölümlə nəticələnib. Hadisənin səbəbləri araşdırılır.
Azmedia.Az xəbər verir ki, Xırdalan şəhərində Cavid Yusifov adlı 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq həyatını itirib.
Hadisə oktyabrın 17-də günorta saatlarında baş verib.
Hadisənin hansı səbəbdən baş verdiyi hazırda müvafiq qurumlar tərəfindən araşdırılır.
///Trend.Az


