Ağdaşda ağır yol qəzası: ölən və yaralananlar var
Ağdaşda ağır yol qəzası olub, ölən və yaralananlar var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Ağdaş-Göyçay avtomagistralının Ağdaşın Əmirmahmud ķəndi yaxınlığında baş verib. İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Yevlax rayon sakini Elgün Həsənov ölüb, müxtəlif bədən xəsarətləri alan daha iki nəfər yaralı isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


