Elman Nəsirovla bağlı qalmaqalla gündəmə gələn Sevinc Nəsirova dispanserə yerləşdirildi?
Son günlər sosial şəbəkələrdə müzakirələrə səbəb olan Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir.
Azmedia.Az xəbər verir ki, Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi barədə məlumat yayılıb.
Bir müddət əvvəl onun deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilmişdi.
Bundan başqa, Elman Nəsirovla bağlı açıqlamaları ilə gündəmə gələn və onun qızı olduğunu bildirən xanımın videosu da vaxtilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.


