İran ABŞ hərbi qərargahına hücum etdi - VİDEO

İran ABŞ hərbi qərargahına hücum etdi -

İran dronları İraq Kürdüstanının inzibati mərkəzi Ərbildə yaşayış məntəqəsinə hücum edib. Evlərə və avtomobillərə ziyan dəyib, bir neçə mülki şəxs yaralanıb, ərazidə yanğın baş verib.

Azmedia.Az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri Ərbildə yaşayış kompleksinə hücum etməyə çalışan iki dronu ələ keçirib.

"Tasnim" agentliyi isə İranın Ərbil hava limanındakı ABŞ hərbi qərargahına "yer-yer" raketləri ilə hücum etdiyini bildirib.