İcra Hakimiyyətinə məxsus qurumun əməkdaşları zibil yeşiklərini oğurlayıb 70 manata satdılar – 1 il 6 ay həbs cəzası

İcra Hakimiyyətinə məxsus qurumun əməkdaşları zibil yeşiklərini oğurlayıb 70 manata satdılar – 1 il 6 ay həbs cəzası

Abşeron rayonunda İcra Hakimiyyətinə məxsus qurumun əməkdaşları iki zibil yeşiyini oğurlayaraq metal qəbulu məntəqəsinə satıblar. Dəyəri 500 manat olan yeşiklərin satışından hər biri 25 manat qazanc əldə edən şəxslər 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Azmedia.Az xəbər verir ki, Abşeron rayonu ərazisində qeyri-adi oğurluq hadisəsi baş verib.

Belə ki, İcra Hakimiyyətinə məxsus qurumun əməkdaşları iki zibil yeşiyini oğurlayaraq metal qəbulu məntəqəsinə satıblar. Ümumi dəyəri 500 manat olan iki yeşik 70 manata satılıb. Əməkdaşların bu satışdan hər biri 25 manat qazanc əldə etdiyi bildirilir.

Hadisə ilə əlaqədar şəxslər 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.