Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı - Beşi şagirddir - VİDEO

Məktəbdəki yanğına görə 6 nəfər saxlanıldı -

Oktyabrın 12-si paytaxtın Yasamal rayonunda yerləşən orta məktəblərin birində yanğın törətməyə cəhd göstərilib.

Daxili İşlər Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.//qafqazinfo