Ramiz Mehdiyevin əmlak imperiyası: Villalar, milyonluq mülklər, banklar və ticarət mərkəzləri – SİYAHI

Ramiz Mehdiyevin əmlak imperiyası: Villalar, milyonluq mülklər, banklar və ticarət mərkəzləri – SİYAHI

14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə və ailə üzvlərinə aid edilən əmlakların siyahısında torpaq sahələri, villalar, ticarət mərkəzləri, yaşayış binaları, şirkətlər və bank sektorunda paylar yer alır.

Azmedia.Az xəbər verir ki, Ramiz Mehdiyevə və ailə üzvlərinə aid edilən əmlakların siyahısını təqdim edirik.

1. Torpaq sahələri və üzüm bağları

Novxanıda üzüm bağları;

Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpağı;

Novxanıda 155 hektar torpaq sahəsi;

Xınalıq kəndində 50 hektar torpaq sahəsi.

2. Ailə üzvlərinin adına olan torpaqlar

Həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot torpaq sahəsi;

Qızı Kamilə Əliyevanın adına 240 sot torpaq sahəsi.

3. Şirkətlər və media fəaliyyəti

- “Digital Media” MMC — 2008-ci ildə Bakıda qeydiyyatdan keçib və “Media FM” radiostansiyasının sahibidir. Ramiz Mehdiyevin nəvəsi Nigar Mehdiyevanın şirkətdə payı var.

4. Daşınmaz əmlak və kommersiya obyektləri

İstiqlaliyyət küçəsi, 11 ünvanında Kamilə Əliyevaya məxsus mənzil. Həmin ünvan “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır;

Dilarə Əliyeva küçəsi, 251A ünvanında yerləşən obyektlər;

“Topaz” və “Qala-R.L.” mənzil-tikinti kooperativləri (MTK);

NLT MMC və “Premium Store” MMC.

5. Digər şirkətlər və ticarət mərkəzləri

NLT;

“Servis”;

“Grand Palace”;

“Astoriya”;

“Astoriya Tibb Mərkəzi” MMC — 2020-ci ildən “German Hospital” adı ilə fəaliyyət göstərir;

“Qrandezza Ticarət Mərkəzi” MMC — 2014-cü ildə açılıb və sahəsi 5 min kvadratmetrdən çoxdur;

“Sədərək” və “Binə” ticarət mərkəzlərində paylar.

6. Bank və investisiya şirkətləri

“BTB” ASC — nizamnamə kapitalı 50 milyon manatdır, səhmlərinin 75 faizi Ramiz Mehdiyevin nəvəsinə məxsusdur;

“BTB Lizinq” ASC;

“BTB Kapital İnvestisiya Şirkəti” ASC.

7. Nəşriyyat və yaşayış binaları

“Şərq-Qərb Nəşriyyat Evi” MMC;

“Qlobal East West” MMC;

Xətai rayonu, Əhmədli qəsəbəsində nəşriyyatın ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası və yaxınlıqda yerləşən digər 16 mərtəbəli bina.

8. Villalar və bağ evləri

Bakıda, Tbilisi prospektində yerləşən, 36 sot ərazini əhatə edən villa — satış qiyməti 8 milyon dollar;

Göyçay, Şamaxı və Göygöl rayonlarında bağ evləri.