İki əlini itirsə də, mübarizədən vaz keçmədi: Serkan Bayramın həyat hekayəsindən bəhs edən film Bakıda nümayiş olunacaq

İki əlini itirsə də, mübarizədən vaz keçmədi: Serkan Bayramın həyat hekayəsindən bəhs edən film Bakıda nümayiş olunacaq

Oktyabrın 26-da Bakıdakı Nizami Kino Mərkəzində Türkiyə Böyük Millət Məclisinin İstanbul millət vəkili, hüquqşünas Serkan Bayramın həyat hekayəsindən bəhs edən “Buğday Tanəsi” filminin nümayişi və xüsusi motivasiya proqramı təşkil ediləcək.

Azmedia.Az xəbər verir ki, layihə Qüsursuz Nitq İnkişafı və Psixologiya Mərkəzinin təşəbbüsü ilə həyata keçirilir.

2026-cı il oktyabrın 26-da saat 19:00-da keçiriləcək tədbirin əsas məqsədi inklüzivliyin təşviqi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi və insanın fiziki məhdudiyyətlərinin onun potensialını reallaşdırmasına mane olmadığını nümayiş etdirməkdir.

“Buğday Tanəsi” filmi Türkiyə Böyük Millət Məclisinin İstanbul millət vəkili, hüquqşünas Av. Serkan Bayramın həyat hekayəsindən bəhs edir. Uşaqlıqda baş verən ağır yanğın nəticəsində hər iki əlini itirən Serkan Bayram buna baxmayaraq təhsilini davam etdirib, hüquqşünas olub və Türkiyə Böyük Millət Məclisinin üzvünə qədər yüksəlib. Onun həyat yolu mübarizə, iradə, ümid və inklüzivliyin nümunəsi kimi təqdim olunur.

Layihə çərçivəsində keçiriləcək film nümayişi və motivasiya proqramı vasitəsilə gənclərə və cəmiyyətə ümid mesajının çatdırılması, inklüzivlik və bərabər imkanlarla bağlı ictimai məlumatlılığın artırılması, eləcə də sosial məsuliyyət və həmrəylik dəyərlərinin təşviqi nəzərdə tutulur.

Layihənin əsas məqsədləri arasında əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi, fiziki məhdudiyyətlərin insanın potensialına maneə olmadığının vurğulanması, gənclərin motivasiyasının artırılması və cəmiyyətdə bərabər imkanlar prinsipinin təşviqi yer alır.

Tədbirin auditoriyasını dövlət və ictimai qurumların nümayəndələri, millət vəkilləri, ictimai xadimlər, biznes və media nümayəndələri, qeyri-hökumət təşkilatları və sosial layihələrin təmsilçiləri, gənclər və tələbələr, əlilliyi olan şəxslər və onların ailələri, həmçinin psixoloqlar, pedaqoqlar və sosial sahə mütəxəssisləri təşkil edir.

Layihə Qüsursuz Nitq İnkişafı və Psixologiya Mərkəzinin təşəbbüsü ilə, “Ümidlə Gəl” xeyriyyə layihəsi və “Inclusive Organization Company”nin təşkilatçılığı ilə həyata keçirilir. Tədbirə təşkilati dəstəyi isə Nərgiz Klinikası göstərir.

Tədbir haqqında məlumat:

Tarix: 26 oktyabr 2026-cı il

Saat: 19:00

Məkan: Bakı, Nizami Kino Mərkəzi

Əlaqə: WhatsApp — +994 51 502 40 28

Təşkilatçılar iştirak etmək istəyənlərin nəzərinə çatdırırlar ki, yerlər məhduddur.