Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı, yeniyetmə yaralandı
Mingəçevirdə yol qəzası oldu, yeniyetmə yaralandı.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhərinin Energetiklər yaşayış massivi ərazisində baş verib. Belə ki, idarəetmədən çıxan “Mitsubishi” markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 2010-cu il təvəllüdlü Subhan Ələbiyev xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


