Ömər Eldarovun vəziyyəti pisləşdi
Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib.
Azmedia.Az xəbər verir ki, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Ö.Eldarov hazırda orada müalicə alır.
***
Ömər Eldarovun köməkçisi saytımıza bildirib ki, yaşı ilə bağlı və hava şəraitinin istiləşməsi onun səhhətinə pis təsir edib. Heykəltəraş müayinələrdən keçdikdən sonra evə buraxılıb.


