Ötən il 60 yaşdan yuxarı 339 gəlin ailə qurub

Ötən il 60 yaşdan yuxarı 339 gəlin ailə qurub

Azərbaycanda ötən il rəsmi nikah bağlayan 48 min 546 nəfər arasında 60 yaşdan yuxarı 339 qadın olub.

Azmedia.Az xəbər verir ki, Azərbaycanda ötən il rəsmi nikah bağlayan 48 min 546 nəfərdən 339 gəlinin yaşı 60-dan yuxarı olub.

Bu barədə Dövlət Statistika Komitəsi BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.

Məlumata əsasən, 2025-ci ildə Bakı şəhərində ümumilikdə 11 min 299 nikah qeydə alınıb. Onlardan 140-ı 60 yaş və yuxarı kateqoriyasına aid qadınların payına düşüb.

Paytaxtın rayonları arasında 60 yaş və yuxarı qadınların nikahlarının sayına görə Nərimanov rayonu ön sıralarda yer alıb. Belə ki, həmin yaş qrupunda Nərimanov rayonunda 22 nikah qeydə alınıb.