Ailələrinə xəbər vermədən evdən çıxan 8 nəfər tapıldı
Azərbaycanda ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk edən və itkin düşmüş kimi axtarılan 8 nəfərin yeri müəyyənləşdirilib.
Azmedia.Az xəbər verir ki, oktyabrın 16-da polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılıb.
Məlumata görə, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi axtarılırdılar.
Tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
Bu barədə Daxili İşlər Nazirliyindən BAKU.WS-ə məlumat verilib.
///Baku.Ws


