652 balla universitetə qəbul olmuş tələbə 5-ci mərtəbədən yıxılaraq öldü – FACİƏNİN TƏFƏRRÜATI-FOTO

652 balla universitetə qəbul olmuş tələbə 5-ci mərtəbədən yıxılaraq öldü –

Azərbaycanda ali məktəb tələbəsinin binadan yıxılaraq həyatını itirməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Azmedia.Az xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.

Belə ki, Dövlət İdarəçilik Akademiyasının tələbəsi Həsən Əlili binanın 5-ci mərtəbəsində yerləşən eyvandan yıxılaraq həyatını itirib.

Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir.

Qeyd edək ki, Həsən Əlili ali məktəbə qəbul imtahanlarında yüksək nəticə göstərərək 652 bal toplayıb.