Əhaliyə XƏBƏRDARLIQ: saat 08:00-dan…

ÖLKƏ

08 May 2024 08:31

Oxunma sayi: 488
Əhaliyə XƏBƏRDARLIQ:  saat 08:00-dan…

Bu gün saat 08:00-dan "Mayak-2"  qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, "1 May qəsəbəsi" və "Pirallahı Yeni" qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Pirallahı (tam olaraq) və Şüvəlan (dənizkənarı yaşayış sahəsinin) qəsəbələrinin, Xətai rayonunun isə Lütfi Zadə küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!