Goranboyda avtomobil tır sürücüsünü vurub öldürdü

Goranboyda avtomobil tır sürücüsünü vurub öldürdü

Goranboyda avtomobil tır sürücüsünü vuraraq öldürüb.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib.

Belə ki, idarə etdiyi tırın yaxınlığında piyada vəziyyətdə olan Şirvan şəhər sakini Mirdamət Xalıqovu yolu keçərkən avtomobil vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az