Bakıda tədbirdə monitor qadının üstünə aşıb - VİDEO
Bakı şəhər Yasamal rayonu Məhəmməd Naxçıvani (6-cı Paralel) küçəsində keçirilən kütləvi tədbir zamanı monitor aşıb.
Azmedia.Az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, ehtiyatsızlıqdan iriölçülü LED ekran insanların dayandığı yerə düşüb. Hadisə nəticəsində bir qadının xəsarət aldığı qeyd edilib.
Digər məlumata görə, bədbəxt hadisə AYNA-nın Mikromobillik həftəsi çərçivəsində təşkil etdiyi “Avtomobilsiz gün” tədbirində baş verib.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 16:10 radələrində 1968-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ötən gün saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə edilib”.//qafqazinfo


