Gənc tələbə burun əməliyyatı zamanı vəfat edib- FOTO
Bakıda gənc tələbənin estetik burun əməliyyatı (rinoplastika) zamanı vəfat etdiyi bildirilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Azmedia.Az xəbər verir ki, bu barədə Patrul.az məlumat yayıb.
Məlumata görə, Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə 3-cü kurs tələbəsi Fidan Abbaslı estetik burun əməliyyatı (rinoplastika) zamanı dünyasını dəyişib.
Gənc tələbənin cərrahi müdaxilə zamanı qəfil vəfat etməsi onun yaxınlarını və təhsil aldığı universitetin kollektivini sarsıdıb.
Məlumata əsasən, Fidan Abbaslı yüksək göstəriciləri ilə seçilən tələbələrdən biri olub. O, 2024-cü ildə Bakı Türk Liseyini məzun olaraq başa vurub və yüksək nəticə ilə universitetə qəbul edilib.
Faciəvi şəkildə vəfat edən tələbənin atası Kamil Abbasovun da uzun illər həmin liseydə kimya müəllimi kimi fəaliyyət göstərdiyi bildirilir.
Hazırda hadisənin dəqiq səbəbləri, eləcə də əməliyyatın hansı klinikada və hansı həkim tərəfindən həyata keçirilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.
Faktla bağlı araşdırmaların aparıldığı qeyd olunur.


