“Aşk-ı Memnu” serialının aktyorları Gülsen Tuncerin yas mərasimində görünməyib

“Aşk-ı Memnu” serialının aktyorları Gülsen Tuncerin yas mərasimində görünməyib

“Aşk-ı Memnu” serialında rol alan aktrisa Gülsen Tuncerin dəfn mərasimində ekran işindəki aktyor heyətindən heç biri iştirak etməyib.

Azmedia.Az xəbər verir ki, ötən gün vəfat edən tanınmış türkiyəli aktrisa Gülsen Tuncer dəfn olunub.

Sənətçinin vida mərasiminə bir sıra tanınmış həmkarları qatılaraq onunla son dəfə vidalaşıblar. Lakin mərasimdə Tuncerin də rol aldığı məşhur “Aşk-ı Memnu” serialının aktyor heyətindən heç bir şəxsin iştirak etmədiyi bildirilib. 

Bu məqam sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, 81 yaşlı Gülsen Tuncer üç gün əvvəl dünyasını dəyişib. Aktrisanın bir müddətdir beyin xərçəngindən müalicə aldığı və xəstəliyinin dördüncü mərhələsində olduğu bildirilib. 

Tuncer geniş tamaşaçı auditoriyasına, xüsusilə “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen Ziyagil obrazı ilə tanış idi.