Yevlaxda Milli Musiqi Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Yevlaxda Milli Musiqi Günü münasibətilə tədbir keçirilib -

Yevlaxda Milli Musiqi Günü qeyd olunub.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, 18 sentyabr – Milli Musiqi Günü münasibətilə Yevlax şəhəri İmadəddin Nəsimi adına 3 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin və Yevlax rayon təhsil sektorunun əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Çıxışlarda Milli Musiqi Gününün əhəmiyyətindən, dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs olunub.

Daha sonra məktəbin şagirdləri tərəfindən müxtəlif musiqi nömrələri, milli musiqi nümunələri və bədii kompozisiyalar təqdim edilib. Milli geyimlərdə nümayiş etdirilən rəqslər və musiqi ifaları tədbirə xüsusi rəng qatıb.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin doğum günü olan 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Dahi bəstəkar Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi kimi ölkənin mədəniyyət tarixində mühüm yer tutur.

Ehtiram Muradov

Azmedia.Az