Lionel Messi peşəkar karyerasında 930-cu qolunu rəsmiləşdirib

Lionel Messi peşəkar karyerasında 930-cu qolunu rəsmiləşdirib

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi MLS-də növbəti qolunu vuraraq şəxsi karyera göstəricisini 930-a çatdırıb.

Azmedia.Az xəbər verir ki, Lionel Messi karyerasının 930-cu qoluna ABŞ-də keçirilən MLS qarşılaşmasında imza atıb.

39 yaşlı futbolçu “İnter Mayami”nin “San Dieqo” ilə qarşılaşmasında komandasının heyətində meydana çıxıb və matçın 23-cü dəqiqəsində fərqlənib. 

Messinin qolu qarşılaşmada hesabın dəyişməsinə səbəb olub. Görüşün yekununda tərəflər 2:2 hesablı heç-heçə ilə kifayətləniblər. 

Beləliklə, argentinalı ulduzun peşəkar futbol karyerasında vurduğu qolların sayı 930-a yüksəlib.