İlham Əliyev: Süni intellektdən bədniyyətli istifadə terrorçuluqla mübarizəni çətinləşdirir

İlham Əliyev: Süni intellektdən bədniyyətli istifadə terrorçuluqla mübarizəni çətinləşdirir

Müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsini genişləndirmək məqsədilə istifadəsi ciddi narahatlıq doğurur.

Azmedia.Az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlət başçısı qeyd edib ki, rəqəmsal imkanların, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb olunmasına təkan verir. Bunun nəticəsində terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaranır.

İlham Əliyev bildirib ki, belə bir şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.