Lalə Azərtaş Londonda təhsil alan qızları ilə bağlı paylaşım etdi- FOTO
Tanınmış aparıcı Lalə Azərtaş Böyük Britaniyada təhsil alan qızları Solmaz və Gülara ilə birlikdə yeni fotosunu sosial media hesabında paylaşıb.
Azmedia.Az xəbər verir ki, aparıcı Lalə Azərtaş sosial şəbəkə hesabında Londonda təhsil alan qızları Solmaz və Gülara ilə birlikdə çəkdirdiyi fotosunu yayımlayıb.
Azərtaş paylaşımında övladları ilə bağlı xoş arzularını və tövsiyələrini bölüşüb.
Aparıcı qızlarına müraciətində onların qarşısında yeni yolların açıldığını qeyd edərək yazıb:
“Üçümüz birlikdə çox xoşbəxt, əzmkar və güclüyük. Eyni gündə üç fərqli başlanğıc, üç ayrı yol, amma bir ürək. Qızlarım, yolunuz açıq, addımlarınız uğurlu olsun. Həyat qarşınıza gözəl insanlar, doğru seçimlər və böyük uğurlar çıxarsın.
Dəyişməyən bir tövsiyəm, bir həqiqətimiz var: Biz azərbaycanlıyıq. Harada yaşamağınızdan, hansı uğurlara çatmağınızdan asılı olmayaraq, kim olduğunuzu, haradan gəldiyinizi, sizi böyüdən torpağı heç vaxt unutmayın.
Dünyanı tanıyın, öyrənin, yüksəlin, amma Azərbaycanı həmişə ürəyinizdə daşıyın”.
Qeyd edək ki, Lalə Azərtaşın hər iki qızı Böyük Britaniyada ali təhsil alır. Solmaz Bayramlı Böyük Britaniyanın University of Brighton universitetində “Marketinq ixtisası üzrə biznesin idarə edilməsi” (Business Management with Marketing) ixtisası üzrə təhsil alır.
Gülara Bayramlı isə təhsilini Böyük Britaniyanın London şəhərində yerləşən ali məktəblərdən birində davam etdirir.


