İrəvan Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası - FOTOLAR

İrəvan Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası -

İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını təqdim edib.

Azmedia.Az xəbər verir ki, Teatrın rəhbəri Hacıbaba Məmmədov tamaşaçıları salamlayaraq Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib, teatrın yaranma tarixindən və keçdiyi keşməkeşli yoldan söz açıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrında böyük mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” ikiüzlü komediyası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Klassik dramaturgiyanın incilərindən sayılan səhnə əsəri sentyabrın 20-də teatrsevərlərə təqdim edilib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Şəlalə Camal

Azmedia.Az