Mingəçevirdə yaşayış binasında yanğın baş verib – sakinlər təxliyə olunub

Mingəçevirdə yaşayış binasında yanğın baş verib – sakinlər təxliyə olunub

Mingəçevirdə yaşayış binasının bloklarından birində yanğın baş verib, sakinlər müvəqqəti olaraq təxliyə olunub.

Azmedia.Az xəbər verir ki, hadisə Mingəçevir şəhərinin Yaşar Muradov küçəsində yerləşən yaşayış binasında baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub. Yanğınsöndürənlər alovun baş verdiyi blokdakı sakinləri təhlükəsizlik məqsədilə müvəqqəti təxliyə ediblər.

Briqadanın müdaxiləsi nəticəsində yanğın söndürülüb və alovun daha da genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov
Azmedia.Az