“Yeraltı” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb

“Yeraltı” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb

Türkiyənin məşhur aktyorlarının yer aldığı “Yeraltı” serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Yeni sezonun yayım tarixi də məlum olub.
Azmedia.Az xəbər verir ki, Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarda çıxış etdiyi “Yeraltı” serialının ikinci mövsümü üzərində işlərə başlanılıb.
Yeni mövsümdə layihənin aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. Aktyor serialda “Bozo” obrazının əsas rəqibi kimi təqdim ediləcək.

Məlumata görə, ekran işinin ikinci mövsümünün ilk bölümü 7 oktyabr 2026-cı ildə tamaşaçılara təqdim olunacaq. 

Qeyd edək ki, serialın ilk mövsümündə əsas rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş canlandırıb. Ekran işi ilk mövsümü ərzində geniş tamaşaçı marağına səbəb olub.