54 saylı Mingəçevir Dairə Seçki Komissiyasına yeni sədr təyin olunub
Mingəçevir Şəhər İcra Hakimiyyətinin sektor müdiri Elşən Əliyev 54 saylı Mingəçevir Dairə Seçki Komissiyasının sədri vəzifəsinə təyin edilib.
Azmedia.Az xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Elşən Əliyev 54 saylı Mingəçevir Dairə Seçki Komissiyasının sədri vəzifəsinə təyin edilib.
Elşən Əliyev uzun illərdir dövlət idarəçiliyi sahəsində fəaliyyət göstərir. O, müxtəlif illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər istiqamətində müxtəlif vəzifələrdə çalışıb.
Ehtiram Muradov
Azmedia.Az


