Rafinya “Barselona”da Messinin rekord göstəricisini geridə qoyub
“Barselona”nın braziliyalı futbolçusu Rafinya 2026/27 mövsümünə məhsuldar başlayaraq komandanın əfsanəvi futbolçusu Lionel Messinin 2012/13 mövsümünün ilk 7 oyunundakı göstəricisini geridə qoyub.
Azmedia.Az xəbər verir ki, “Barselona”nın braziliyalı ulduzu Rafinya 2026/27 mövsümünün ilk 7 matçında nümayiş etdirdiyi məhsuldarlıqla diqqət çəkib.
Paylaşılan statistikaya əsasən, brazilyalı ulduz mövsümün ilk 7 oyununda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, braziliyalı futbolçunun bu müddətdə ümumilikdə 15 qol töhfəsi olub.
Rafinyanın bu göstəriciyə “Rasinq Santander”ə qarşı keçirdiyi oyunda het-trik etdikdən sonra çatdığı bildirilir.
Müqayisə üçün, Lionel Messi 2012/13 mövsümünün ilk 7 matçında “Barselona” forması ilə 10 qol və 1 məhsuldar ötürmə etmişdi. Argentinalı hücumçunun həmin dönəmdə ümumi qol töhfəsi 11 olub.
Beləliklə, brazilyalı futbolçu 2026/27 mövsümünün ilk 7 oyunundakı 15 qol töhfəsi ilə Messinin 2012/13 mövsümünün eyni mərhələsindəki 11 qol töhfəsini geridə qoyub.
Qeyd edək ki, Messi 2012-ci təqvim ili ərzində 91 qol vuraraq futbol tarixinin ən diqqətçəkən fərdi göstəricilərindən birinə imza atmışdı.


