Rusiya Türkiyə gəmisinə hücum etdi - Ölən və yaralananlar var
Rusiya ordusu Rumıniya sərhədi yaxınlığında Türkiyəyə məxsus yük gəmisinə pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Azmedia.Az xəbər verir ki, Rusiya ordusuna məxsus olduğu ehtimal edilən kamikadze PUA Türkiyə şirkətinə məxsus “M/V Mariam M” yük gəmisini hədəfə alıb. Hücum nəticəsində gəminin üst quruluşunun və idarəetmə bölməsinin ciddi şəkildə dağıldığı bildirilir.
İlkin məlumatlara əsasən, hadisə zamanı gəminin kapitanı həyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə yaralanıb.
Faktla bağlı hadisənin dəqiq səbəbləri və PUA-nın mənşəyi ilə bağlı araşdırmalara başlanılıb.//nocomment


