Azərbaycan futbolunda ilk: Kubokun finalı Gəncədə keçiriləcək

Azərbaycan futbolunda ilk: Kubokun finalı Gəncədə keçiriləcək

Azərbaycan Kubokunun final qarşılaşmasının keçiriləcəyi məkan müəyyənləşib. Tarixdə ilk dəfə ölkə kubokunun həlledici oyunu Gəncə şəhərində təşkil olunacaq.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Kubokunun final qarşılaşması tarixdə ilk dəfə Gəncə şəhər stadionunda təşkil olunacaq.

Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov şəxsi feysbuk hesabında məlumat verib.

O, bu xəbərin futbol ictimaiyyəti üçün sevindirici olduğunu bildirib.

Elxan Səmədov qeyd edib ki, Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycan futbol tarixində ilk dəfə ölkə kubokunun final qarşılaşması Gəncə şəhər stadionunda keçiriləcək.

PFL prezidenti bu prosesə göstərilən dəstəyə görə gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edib.

Təqvimə əsasən, Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də keçiriləcək.