SOCAR 20 Sentyabr – Neftçilər Günü münasibətilə videoçarx hazırlayıb- VİDEO

SOCAR 20 Sentyabr – Neftçilər Günü münasibətilə videoçarx hazırlayıb-

20 Sentyabr – Neftçilər Günü münasibətilə SOCAR tərəfindən neftçi əməyinə həsr olunan xüsusi videoçarx hazırlanıb.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 20 Sentyabr – Neftçilər Günü münasibətilə videoçarx hazırlayıb.

Şirkətin hazırladığı videoçarxda neftçi peşəsinin əhəmiyyəti, bu sahədə çalışan insanların əməyi və onların Azərbaycanın enerji sektorunun inkişafına verdiyi töhfələr ön plana çıxarılıb.

SOCAR videoçarxı sosial media hesabında da yayımlayıb.

Şirkətin paylaşımında neftçilərə təbrik ünvanlanıb və “Bizim gücümüz — Onlar! Neftçilər günümüz mübarək!” mesajı verilib.

Paylaşımda təbrik mətni ingilis dilində də təqdim olunub: “Our strength comes from our people. Happy Oil Workers’ Day!”