Mingəçevirdə 4 avtomobil toqquşdu: Zəncirvari qəza - VİDEO

Mingəçevirdə 4 avtomobil toqquşdu:

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə 20 Yanvar küçəsinin Şəhidlər Xiyabanı önündən keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində həmin ərazidən keçən daha iki avtomobil də qəza iştirakçılarına çırpılıb.

Qəza səbəbindən yolda qısa müddətli hərəkət məhdudiyyəti yaranıb. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az