Plaşı ilə gündəm olan icra başçısı bu şəxslə 48 min manatlıq müqavilə bağlayıb
Neftçala Rayon İcra Hakimiyyəti müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan malların satınalınması ilə bağlı tenderə yekun vuraraq müqavilə imzalayıb.
Azmedia.Az xəbər verir ki, icra hakimiyyəti tərəfindən elan edilən satınalmanın qalibi fərdi sahibkar Marif Zakir oğlu Bağırov seçilib.
Tərəflər arasında bağlanan rəsmi müqavilənin ümumi maliyyə dəyəri 47 900 AZN təşkil edir.
Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Mirheydər oğlu Seyidovdur.
Mirhəsən Seyidovun 2024-cü ilin dekabrında Neftçalada keçirilən I Balıq Festivalı zamanı geyindiyi plaşın qiymətinin 13 min avro olması ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. İcra başçısı isə bu iddiaları təkzib edərək, həmin geyimi bir neçə il əvvəl cəmi 350 manata aldığını açıqlamışdı.//32gun


