Bu şəhərdə binada hərbçi zabitin meyiti tapıldı – MAYORUN ÖLÜMÜ İLƏ BAĞLI TƏFƏRRÜAT-FOTO
Mingəçevir şəhərində yerləşən yaşayış binasındakı mənzillərdən birində hərbi qulluqçunun meyiti aşkarlanıb.
Azmedia.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Energetiklər yaşayış massivində, Naxçıvan küçəsində yerləşən binanın mənzillərindən birində qeydə alınıb.
Belə ki, iş yoldaşları hər zamankı kimi birlikdə işə getmək üçün həmkarlarının arxasınca gəliblər. Lakin ondan xəbər ala bilmədiklərini görərək aidiyyəti qurumlara və xilasetmə xidmətinə məlumat veriblər.
Görülən tədbirlər nəticəsində axtarılan şəxs mənzilin qapısı bağlı vəziyyətdə olarkən ölü tapılıb. Meyitin hərbi qulluqçu, mayor Müşfiq Əliyevə məxsus olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az



