Qarabağ Universiteti direktor axtarır - Mənzil də veriləcək

Qarabağ Universiteti direktor axtarır -

Qarabağ Universiteti Təcrübə və Karyera Mərkəzinin direktoru vəzifəsi üzrə vakansiya elan edib.

Azmedia.Az xəbər verir ki, iş yeri Xankəndi şəhərindədir və vəzifə tam ştat üzrə nəzərdə tutulub.

Direktor tələbələrin təcrübə və karyera inkişafı üzrə fəaliyyətlərə rəhbərlik edəcək, işəgötürənlərlə əməkdaşlıq quracaq, təcrübə proqramlarının təşkilini və karyera tədbirlərinin keçirilməsini təmin edəcək. Həmçinin məzunların məşğulluğu və əmək bazarının tələblərinin təhlili də əsas vəzifələr sırasındadır.

Namizəddən insan resurslarının idarə edilməsi, biznes, təhsil, iqtisadiyyat, sosial elmlər və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur. Eyni zamanda müvafiq istiqamətlər üzrə ən azı 5 il iş, bunun minimum 2 ili isə idarəetmə təcrübəsi olmalıdır.

Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis dilində isə minimum B2 səviyyəsində peşəkar ünsiyyət qurmaq tələb edilir.

Universitet seçiləcək namizədə rəqabətqabiliyyətli əməkhaqqı ilə yanaşı, Xankəndi şəhərində mənzil təminatı, peşəkar inkişaf və beynəlxalq əməkdaşlıq imkanları təklif edir.

Vakansiyaya müraciət üçün son tarix 10 sentyabr 2026-cı ildir. Namizədlər CV-lərini mövzu hissəsində “Təcrübə və karyera mərkəzinin direktoru” qeyd etməklə hr@qu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya ilə bağlı ətraflı məlumatı Qarabağ Universitetinin rəsmi elanına keçid etməklə əldə etmək mümkündür.