Robert Köçəryan saxlanıldı
Ermənistanın ikinci prezidenti Robert Köçəryan dindirilmə üçün Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıb.
Azmedia.Az xəbər verir ki, bu barədə sabiq prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.
“Səhər tezdən Robert Köçəryan istintaq orqanının əməkdaşları tərəfindən Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparıblar”, – o deyib.
Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın oğlu, deputat Levon Köçəryanın evində axtarış aparıblar.
İstintaq orqanından məsələ ilə əlaqədar yerli mediaya bildirilib: “Ermənistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komitəsində korrupsiya xarakterli cinayətlərlə bağlı araşdırılan cinayət işi çərçivəsində çoxlu sayda ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir”.


