Şamaxıda kişi dəm qazından - Zəhərlənərək ölüb
Şamaxıda kişi dəm qazından zəhərlənərək ölüb.
Azmedia.Az-ın məlumatına görə, hadisə Quşçu kəndində baş verib. 1987-ci il təvəllüdlü rayon sakini Həmidov Xanbaba Həmid oğlu yaşadığı evdə ölüb. İlkin müayinələrin nəticəsinə görə onun dəm qazından zəhərlənərək öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


