Xəzərdə zəlzələ baş verib: ocağın dərinliyi 63 kilometr olub
Xəzər dənizində yeraltı təkan qeydə alınıb. Zəlzələnin maqnitudası 3,3, ocağının dərinliyi isə 63 kilometr təşkil edib.
Azmedia.Az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, qeydə alınan zəlzələnin ocağı 63 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanın maqnitudası 3,3 olub.
Hazırda hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.


