Ağstafada elektrik cərəyanı faciəsi – yeniyetmə həyatını itirdi - FOTO

Ağstafada elektrik cərəyanı faciəsi – yeniyetmə həyatını itirdi -

Ağstafada bədbəxt hadisə baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü, Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vuran zaman cərəyan vurması nəticəsində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.//raport