Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidini paylaşdı- FOTO

Hikmət Hacıyev Azərbaycan nümayəndə heyətinin Dünya Köçəri Oyunlarındakı keçidini paylaşdı-

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizi təmsil edən heyətin tədbirdəki keçidindən görüntülər paylaşıb.

Hikmət Hacıyev paylaşımında Azərbaycan komandasına uğurlar arzulayıb.

“Zəngin milli irsimizi, qədim ənənələrimizi və Azərbaycan ruhunu dünyaya nümayiş etdirən komandamıza uğurlar arzulayırıq!” – deyə o qeyd edib.

Qeyd edək ki, VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 7-dək Qırğızıstanda keçirilir. Azərbaycan yarışlarda 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.