Rafael Leao İstanbulda! “Qalatasaray”ın yeni transferi ilə bağlı detallar

Rafael Leao İstanbulda! “Qalatasaray”ın yeni transferi ilə bağlı detallar

“Qalatasaray”ın transfer gündəmində olan Rafael Leao ilə bağlı danışıqlarda mühüm mərhələyə keçildiyi bildirilir. Portuqaliyalı ulduz futbolçunun artıq İstanbulda olduğu və azarkeşlərlə ilk görüntülərinin yayıldığı qeyd edilir.

Azmedia.Az xəbər verir ki, Rafael Leao İtaliyanın “Milan” klubundan “Qalatasaray”a transfer olunub.

Transferin maliyyə şərtləri ilə bağlı yayılan məlumatlara görə, İstanbul təmsilçisinin “Milan”a ödəyəcəyi məbləğin bonuslarla birlikdə 43-55 milyon avro arasında dəyişəcəyi gözlənilir. Həmçinin italyan klubuna futbolçunun növbəti satışından 20 faiz pay veriləcəyi bildirilir.

Leaonun “Qalatasaray”dakı maaşının isə illik 12 milyon avro xalis olacağı qeyd edilir. Bəzi mənbələrdə bonusların da nəzərə alınması ilə bu məbləğin daha yüksək ola biləcəyi vurğulanır.

Tərəflər arasında 4 illik müqavilə imzalanmasının planlaşdırıldığı bildirilir.

Rafael Leao İstanbulda “Qalatasaray” azarkeşlərinə ilk dəfə üçlü ilə də jest edib.