“Badamlı” suyu ilə bağlı görüntülər yayıldı – məhsulun keyfiyyəti ilə bağlı suallar VİDEO
Sosial şəbəkədə “Badamlı” markalı su şüşəsində gözlə görünən yad maddənin olduğu iddia edilən görüntülər yayılıb.
Azmedia.Az xəbər verir ki, teleaparıcı-jurnalist Ramal İsayev sosial şəbəkə hesabında “Badamlı” markalı su ilə bağlı görüntülər paylaşıb.
Yayılan videoda onun əlində “Badamlı” markalı su şüşəsi görünür. Şüşənin daxilində gözlə müşahidə olunan, mamıra bənzər yad maddənin olduğu iddia edilir.
Görüntülər suyun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı istehlakçılar arasında suallar yaradıb.
Paylaşımda məhsulun satışa çıxarılmasından əvvəl keyfiyyət yoxlamasından keçirilib-keçirilmədiyi ilə bağlı sual da ünvanlanıb.
Həmçinin suyun keyfiyyətinə hansı qurum və ya şəxslərin nəzarət etdiyi məsələsi gündəmə gətirilib.
Məsələ ilə bağlı “Badamlı” tərəfindən açıqlama veriləcəyi təqdirdə, qarşı tərəfin mövqeyinin də dərc olunacağı bildirilib.
Qeyd edək ki, hazırda görüntülərdəki maddənin nə olduğu və bunun məhsulun keyfiyyəti ilə bağlı konkret səbəbdən yaranıb-yaranmadığı barədə paylaşımda rəsmi məlumat təqdim edilməyib.


