52 yaşlı kişinin meyiti tapıldı

52 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb.

Azmedia.Az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Gözbarax kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 52 yaşlı Sərdar Şaban oğlu İsgəndərovun meyiti yaşadığı evin həyətində  aşkar edilib.

İki uşaq atası olan S.İsgəndərovun nəşi müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.//qafqazinfo