Yeni Suraxanıda təhlükəli çala ilə bağlı tədbir görüləcək – yol sahəsi bərpa olunacaq – AAYDA-dan açıqlama
Yeni Suraxanı qəsəbəsində, Köhnə Talkuçka yolu kimi tanınan ərazidə yolun hərəkət hissəsində yaranan dərin çala sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Həmin narazılığa səbəb olan yol ilə bağlı yaxın günlərdə tam şəkildə bərpa olunacaq.
Azmedia.Az -a açıqlamasında məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edilib.
AAYDA-nın İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli bildirib ki, həmin əraziyə yaxın günlərdə baxış keçiriləcək və çalanın olduğu yol hissəsinin tam şəkildə bərpası təmin olunacaq.
Qeyd edək ki, Yeni Suraxanı qəsəbəsində, Köhnə Talkuçka yolu kimi tanınan ərazidə yaranan dərin çala sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Sürücülərin sözlərinə görə, çalaya düşən bəzi avtomobillərin təkərləri zədələnib, bir sıra nəqliyyat vasitələri isə hərəkət qabiliyyətini itirib.
Yolun nasaz vəziyyətdə olması həm avtomobillərə maddi zərər dəyməsi, həm də sürücülərin qəfil manevr etməsi nəticəsində yol-nəqliyyat hadisəsi riskinin artması ilə bağlı narahatlıq yaradıb.
AAYDA tərəfindən yolun problemli hissəsinin yaxın günlərdə tam şəkildə bərpa olunacağının bildirilməsi ilə ərazidəki təhlükəli vəziyyətin aradan qaldırılması gözlənilir.
Əli Şəyəldiyev
Azmedia.Az


