“Mançester Siti” Qakpo transferində ciddi addım atır – 85 milyonluq təklif

“Mançester Siti” Qakpo transferində ciddi addım atır –

“Mançester Siti” Niderland millisinin və “Liverpul”un hücumçusu Kodi Qakponun transferi üçün danışıqları sürətləndirib.

Azmedia.Az xəbər verir ki, İngiltərə klubu Kodi Qakponu heyətinə qatmaq məqsədilə 85 milyon funt-sterlinq dəyərində paket təklif etməyə hazırlaşır.

Məlumata görə, “Mançester Siti” artıq futbolçunun düşərgəsi ilə şəxsi şərtlər üzrə razılıq əldə edib. Klub transferi yekunlaşdırmaq üçün səylərini artırıb.

“Şəhərlilər”in Qakponun transferinə razılıq almaq üçün “Liverpul”un futbolçunun əvəzinə yeni hücumçu tapmasını gözlədiyi bildirilir.

Transferin baş tutması üçün növbəti mərhələdə klublar arasında danışıqların yekunlaşdırılması gözlənilir.