Yeni tədris ilinin ilk günü ADY qatarlarında rekord: 52 minə yaxın sərnişin daşınıb
Yeni tədris ilinin ilk günündə ADY-nin Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlarında rekord sərnişin sayı qeydə alınıb.
Azmedia.Az xəbər verir ki, sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə 52 minə yaxın sərnişin daşınıb. Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) məlumatına görə, bu göstərici ötən ilin eyni günü ilə müqayisədə 23,3 faiz çoxdur.
Belə ki, 2025-ci ilin eyni günündə qeyd olunan marşrutlar üzrə 42 mindən çox sərnişin daşınıb.
Yeni hərəkət cədvəlinə əsasən, sentyabrın 15-dən etibarən reyslərin sayı da artırılıb. Belə ki, gündəlik reyslərin sayı 90-dan 96-ya çatdırılıb.


