54 yaşlı müğənninin dəfninə minlərlə insan gəldi

54 yaşlı müğənninin dəfninə minlərlə insan gəldi

Yunanıstanda bir neçə gün əvvəl vəfat edən müğənni Giorgos Mazonakis dəfn olunub. Mərasimdə böyük izdiham yaşanıb.

Azmedia.Az xəbər verir ki, Yunanıstanda bir neçə gün əvvəl vəfat edən müğənni Giorgos Mazonakisin dəfn mərasimi keçirilib.

54 yaşlı sənətçi ilə vidalaşmaq üçün minlərlə insan küçələrə çıxıb. Dəfn mərasimi zamanı böyük izdiham yaranıb.

Müğənninin sevənləri onu alqışlarla son mənzilə yola salıblar.

Dəfn mərasimindən görüntülər sosial şəbəkələrdə yayılıb və böyük rezonans doğurub.

Qeyd edək ki, Giorgos Mazonakis özəl kök hüceyrə klinikasında müalicə alıb. Müalicə zamanı onun venasına kateter yerləşdirildikdən sonra ürəyi dayanıb.

Həkimlərin səylərinə baxmayaraq, sənətçinin həyatını xilas etmək mümkün olmayıb və onun öldüyü bildirilib.